İnsanlıq mürəkkəb, ağır və uzun inkişaf yolu keçmişdir. Heyvanlar aləmi ilə onun qarşılıqlı münasibətləri mürəkkəb inkişaf etmişdir. Bu yolda insanlar vəhşi heyvanları əhliləşdirməyi bacarmaqla, əzəmətli uğurlar əldə etmiş, özlərinə etibarlı dostlar və sadiq köməkçilər tapmışlar. Heyvanların sayəsində, insanlar təbiətin hazır məhsullarını istifadə edə bildilər və onları özləri əldə etdilər.
        İnsanın əhlilləşdirdiyi birinci heyvan it oldu.
        Böyük rus alimi Pavlovun ifadəsilə desək, itin insanlıq tarixində, həyatında rolu və əhəmiyyəti ondan ibarətdir ki, «adamlardan insan çıxardı». Əvvəldə it insanları vəhşi heyvanlardan qorudu. Sonra ov ovlamaqda kömək etdi, ov uğurlu oldu, insan ətlə təmin olundu. Məhz elə bu dövrdə, çoxlu sayda heyvan buynuz və sümüklərindən düzəldilmiş məmulatlar meydana gəlmişdir. insan ov edərkən, heç də həmişə vəhşi heyvanları öldürmürdü, bəzən onları tuturdu və əldə edilmiş qəniməti ehtiyat üçün saxlamağa cəhd edirdi. Ancaq onu itsiz əldə edə bilməz və qoruyub saxlaya bilməzdi. Beləcə, it əslində hansısa dərəcədə heyvandarlığın əsasını qoyanlardan biri oldu. Beləliklə, insan əkinçiliyə heyvandarlıqdan keçdi. Əsrlər, minillər ötdü. İnsanlıq, bəşəriyyət böyüdü, inkişaf etdi, ağıllandı. insanın yanında isə onun ən sadiq dostu, ən birinci köməkçisi və ən etibarlı bələdçisi it gedirdi. Lap əvvəllər itlər gözətçilik edir, sürüləri otarır, sərhədləri qoruyurdu. Sonralar itlər qəzaya uğramış təyyarənin axtarılmasında, zəlzələ dağıntılarında, uçqunlarda uğurla istifadə edildi. Kosmonavat-it kosmosa yol açdı. Pavlov itin sayəsində refleks təlimini yaratdı. İtlər haqqında poemalar, nağıllar, povestlər, hətta romanlar yazılmış, tədqiqatlar aparılmışdır. Elə bir yazar yoxdur ki, itə heç olmasa bir neçə səhifə həsr etməsin. Onların xidmətinin yüksək qiymətləndirilməsidir ki, hətta itlərə heykəl belə qoyulur. Belə hesab edilir ki, itə ilk heykəl bizim eradan əvvəl IV əsrdə Korinf şəhərində qoyulmuşdur. Düşmən gizlincə yaxınlaşarkən, başının üstünü alarkən şəhərin qarnizonunu oyatdığına görə Soetr ləqəbli itin sadiqliyinə rəmz olaraq onun heykəli qoyulmuşdur. Düşmən geri oturdularaq məğlub edilmiş, Soetr isə ömürlük heykəlinin qoyulmasını və üzərində «Korinfin müdafiəçisi və xilasedicisi» yazılmış gümüş xaltanı mükafat almışdır.
        Misirdə ümumiyyətlə, it müqəddəs sayılmışdır. Qədimdən bəri insanlar heyvanlara qarşı, hətta onların sağlamlığına və həyatına təhlükə yaradan yırtıcılara qarşı belə böyük məhəbbətlə davranmışlar.
        Heyvanlarla ünsiyyət təkcə insanlar üçün gözəl deyil, həm də böyük tərbiyəvi əhəmiyyətə malikdir. Canlı təbiətə, heyvanlara məhəbbətdən insan xarakterinin ədalətlilik, şərəf, kişilik, vətənpərvərlik və insanlara qarşı böyükürəklilik münasibəti kimi əlamətləri yaranır, doğulur. Heyvanlara sevgi öz-özünə keçmir, adətən o, uşaqlıqda meydana gəlir, doğulur. Tez-tez doğru olaraq yazırlar ki, heyvanlara qəddarlıq və insafsızlıq, eqoizm və kobudluq yaradır. Heyvanlara qarşı düşünərək ünsiyyət nəinki insan şəxsiyyətini, mənəvi keyfiyyətlərini zənginləşdirir, hətta ağlın güclü inkişafına xidmət edir.
        Heyvanlar bizim həyatımızın daimi bələdçisidir - yol yoldaşıdır. Biz onlarla hər addımda rastlaşırıq.
        Heyvanlar bitkilər, su, hava, torpaq - yer kimi təbiətin bir hissəsidir. Buna görə də yer üzündən hər hansı heyvan növünün yoxa çıxması, yəni onun kökünün kəsilməsi hansısa ayrı müstəqil bir təbiət həlqəsinin sıradan çıxması, onun özündə əlaqənin və tarazlığının pozulması deməkdir. Heyvanat aləmi bir milyon yarımdan çox heyvanı özündə birləşdirir. Elə bir heyvan və ya heyvan qrupu yoxdur ki, insanı öz məqsədi üçün uyğunlaşdırsın və istifadə etsin.
Top