Yaxşı kitab - bir sehirli qüvvədir. Kitabı oxuyaraq biz çoxlu maraqlı şeylər bilirik, dünyanı yenidən dərk edirik.
        Mənim sevimli kitabım bu yaxınlarda oxuduğum «Peppi - uzunboğaz corab»dır. Bu kitabın müəllifı Astrid Lindgrendir. Bu kitabda hamının «uzunboğaz corab» adlandırdığı Peppi adlı qızdan söhbət gedir. Onun anası ölmüş, atası isə dəniz kapitanı olduğuna görə «Toyuqlar Villası»nda tək yaşayırdı. Gəmi qəzası zamanı o, Afrikaya düşür və zənci kralına çevrilir. O, Peppini görməkdən ötrü səfər edir və beləliklə, Peppi zənci şahzadəsi olur. Peppi adaya öz dostları Tommi və Anika ilə birlikdə gəlir.
        «Peppi - uzunboğaz corab» kitabı ən yaxşı uşaq ədəbiyyatıdır. Bu kitab, mənim üçün Peppi və onun dostları barədə maraqlı bir təəccübləndirici dünya - aləm açdı.
Top