Nəhayət ki, mənim ən şox sevdiyim ilin zamanı - yay fəsli gəldi.
        Təkcə ona görə yox ki, bu zaman ilin ən uzun tətili başlayır, azad vaxt çoxdur, istirahətə və əyləncəyə çox vaxt ayırırsan, ancaq yayda kitab oxumağa vaxt çox olur, hər şeyi düşünməyə, il boyu nə baş verəcəyi və gələcək planlar qurmaq üçün vaxt çox olur.
        Keçən il heç də asan olmadı. Mən 4-cü sinfi bitirdim. Mənim ibtidai sinif təhsilim başa çatdı və beşinci sinfə keçdim. Biz ibtidai sinifləri bitirib, daha yuxarı siniflərə qədəm qoyuruq və həyatımızın yeni dövrü başlanır. Biz birinci müəlliməmizlə - Nanə Valehqızı ilə vidalaşdıq. Indi bizim yeni fənlərimiz və yeni müəllimlərimiz olacaq.
        Ancaq hələ 5-ci sinifdə təhsilə hazırlaşmağa və istirahət etməyə vaxt var. lyun ayında üç muzeyə baş çəkdim. Bunlar Azərbaycanın müstəqillik muzeyi, Teatr muzeyi və Xalça muzeyi idi. Azərbaycanın müstəqilliyi muzeyi bu yaxınlarda təşkil olunub və son bir neçə əsrdə Azərbaycan ərazisində milli-demokratik mübarizəni əks etdirir. Muzeyin stendlərində bizim ta keçmişdən bəri sələflərimizin maraqlı qəhrəmanlığını və həyatını əks etdirən eksponat və fotoları görmək olar.
        Xalçaçılıq muzeyində mən Azərbaycan xalçatoxuma tarixi ilə tanış oldum. Azərbaycan xalçaları dünyaca məşhur olan şah əsərlərdir. Ekskursiya rəhbəri xalçaçılığın Azərbaycanda meydana gəlməsindən, xalçaların növlərindən (xovlu və xovsuz) danışdı və müxtəlif xalçalar göstərdi.
        Teatr muzeyi bizə Azərbaycanın bütün teatr tarixini göstərə biləcək zəngin bir topludur. Burada hər bir zal ayrıca bir teatra həsr olunub. Burada kukla teatrı, mahnı teatrı, opera və balet teatrı, rus dram teatn və həmçinin, digər teatr filialları barədə geniş və maraqlı məlumat almaq olar. Muzeyin zallarında bu teatrların artistlərinin kostyum və dekorasiyaları - səhnə bəzəkləri, muzeyin stendlərində isə aktyor və aktrisaların və müxtəlif tamaşalardan səhnələri əks etdirən fotoları təqdim olunur.
Top