Lakin ana öz övladına yalnız həyat vermir, həm də min bir çətinliyə qatlaşaraq onu böyüdür. Övladı boya-başa çatanadək ananın çəkdiyi əzabəziyyəti heç nə ilə müqayisə etmək mümkün deyil. Beşik başında keşik çəkib səhəri gözlərində açan da, biz çətinliyə düşəndə şam kimi əriyən də, böyüdükcə boyumuza baxıb qürrələnən də anadır. Ana təbiətcə zərif məxluq olsa da, mən onu öz balası yolunda göstərdiyi fədakarlıqlara görə qartala bənzədərdim. Həmişə məğrur, qorxmaz, həmişə yüksəklikdə uçan qartala. O, övladını təhlükələrdən qartal şücaəti ilə qorumağa hazırdır, hətta lazım gəlsə, düşmən üstünə şığımaqdan belə çəkinməz.
        Hər birimizin gələcək həyat yolunun müəyyənləşməsində də ananın rolu əvəzsizdir. Biz ilk tərbiyəni ondan alırıq. Anamın şəxsi nümunəsi, verdiyi öyüd-nəsihətlər dünyagörüşümüzün formalaşmasında mühüm rol oynayır.
        Mənim anam müəllimədir. O, öz peşəsini ürəkdən sevir və həyatda çox intizamlıdır. Mən ona fədakarlıq simvolu kimi baxıram. Onun daxilində sanki tükənməz enerji mənbəyi var - heç vaxt yorulmur, heç vaxt heç kimə laqeyd qalmır, hamıya tükənməz məhəbbətlə qayğı göstərir. Evdə kim hansı bir çətinliklə üzləşirsə, dərhal anama üz tutur. O isə köməyini övladlarının heç birindən əsirgəmir. Anamın ən böyük arzusu övladlarını xoşbəxt görrnək, bizi sağlam böyütmək və vətənpərvər ruhda tərbiyə etməkdir. O bizə elmin sirlərinə mükəmməl yiyələnməyi və həyatda fəal mövqe tutmağı tövsiyə edir.
        Mən anam barəsində tez-tez fikirləşirəm. Hər dəfə onun mehriban, nurlu çöhrəsini gözlərim önündə canlandıranda gələcəyə daha nikbin nəzərlərlə baxıram. Eyni zamanda anamın qarşısında borcumu da yaddan çıxarmıram. Öz-özümü sorğu-suala tuturam: mən anamı necə sevindirə, necə xoşbəxt edə bilərəm? Bəzən xəyal məni uzaqlara apanr, könlümdən anama dünyada ən bahalı hədiyyə almaq, onu bütün işlərdən azad etmək istəyi keçir. Bir dəfə arzumu anamın özünə də bildirdim. Onun sifətinin necə işıqlandığını hiss etdim, dodaqlarında təbəssüm oyandı. Nəvazişli əlləri ilə başıma sığal çəkib dedi: - mənim bahalı hədiyyəyə ehtiyacım yoxdur. Ana üçün ən böyük hədiyyə övladının düzgün yol tutması, tərbiyəli olması, dərslərini yaxşı oxuması, müəllimlərinin hörmətini qazanmasıdır.
        Anamın bu sözləri qulaqlarımda həmişəlik həkk olunub. Buna görə də dərslərimə səylə hazırlaşıram. Hər dəfə dərslərimdən «əla» qiymət alanda bunu anam üçün ən yaxşı hədiyyə sanıram.
Top