Bir kərə yüksələn, bir daha enməz
Dalğalan bayrağım, ucal bayrağım!
Səninlə fəxr edir türkün birliyi,
Bu böyük birlikdən güc al, bayrağım!
Dalğalan bayrağım, ucal bayrağım!

        Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da hər zaman bu istəklə yaşamışdır. Tarixdə müxtəlif zamanlarda fərqli adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur.
        Azərbaycan dövlətinin maraqlı tarixi keçmişi var. Hər zaman öz milli və dövlət müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqı XX əsrdə iki dəfə öz dövlət müstəqilliyini elan etdi. 1919 və 1991-ci illərdə ilk dəfə yaradılmış müstəqil Azərbaycan Demokratik Respublikasının cəmi 23 ay ömrü oldu. ilk dəfə yaradılmış Azərbaycan Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadə məhz bu dövlətin üçrəngli bayrağının təsisçisi və yaradıcısı idi. Müstəqil vətənini və bayrağını sevən Məmməd Əmin Rəsulzadə bayrağına məftunluğunu belə ifadə edirdi: «Bir kərə yüksələn bayraq, bir daha enməz.»
        XX əsrin 70-80-ci illərində Azərbaycan dövlətinin yeni inkişaf mərhələsi başlandı. Bu mərhələ Heydər Əliyev mərhələsi kimi tarixdə öz izini qoymuşdur. Məhz o dövrdə aparılan böyük quruculuq işləri indiki müstəqillik üçün bir maddi-mənəvi baza yaratmışdır. Indi aparılan böyük işlər Azərbaycan Respublikasının Ali Soveti tərəfindən 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul edildi. Həmin müstəqillik Aktı ilə bugünkü müstəqil Azərbaycan Respublikası vaxtılə Şərqdə, ümumən türk dünyasında ilk demokratik, parlamentli olmuş və 23 ay (28. 05. 1918 - 27. 04. 1920-ci il) yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edildi.
        Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin «Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında» 30 yanvar 1998-ci il tarixli sərəncamında deyildiyi kimi «Azərbaycan Cümhuriyyətinə ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz qoymuşdur. Milliyyətindən, siyasi, dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçilik atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən istiqamətlərdir.»
        Məhz yenilməz olan bu üçrəngli bayrağımız həmin dövlətin bariz nümunəsidir.

 
Bayrağımızda üç rəng vardır,
Üç rəngi də iftixardır.
Böyük əhəmiyyətin vardır,
Mənim üçrəngli bayrağım.

        Müstəqil Azərbaycanımızın atributlarından olan üçrəngli bayrağımıza sevgi və məhəbbət rəmzi olaraq ölkə başçısı Ilham Əliyev cənablarının 17 noyabr 2009-cu il sərəncamına əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir.
Top