Azərbaycanlılar toplum halında əsas etibarı ilə müstəqil Azərbaycan Respublikasının və qonşu iran İslam Respublikasının, Gürcüstanın ərazisində yaşayırlar. Bu ərazilər azərbaycanlıların qərinələr boyu qoruyub bugünkü nəsillərə çatdırdıqları ata-baba torpaqlarıdır. Soydaşlanmız, həmçinin öz tarixi torpaqlarından kənarda - Rusiyada, Ukraynada, Almaniyada, Fransada, Amerikada, Böyük Britaniyada, Yaponiyada, Qazaxıstanda, Özbəkistanda, İraqda, Belçikada və digər ölkələrdə məskunlaşmışlar. Hazırda dünyada yaşayan azərbaycanlılann sayının təxminən 50 milyon nəfərə çatdığı ehtimal olunur. Bu gün azərbaycanlıların yalmz 8 milyonu öz müstəqil dövlətinin - Azərbaycan Respublikasının ərazisində yaşayır. Qonşu İran dövlətinin ərazisində - Cənubi Azərbaycanda soydaşlarımızın sayı bundan xeyli çox - 30 milyon nəfərə yaxındır. 10 milyondan artıq azərbaycanlı isə dünyanın müxtəlif ölkələrinə səpələnmişlər.
        Azərbaycanlıların öz dədə-baba torpaqlarından, doğma vətənlərindən kənar düşmələrinin müxtəlif tarixi səbəbləri var. Soydaşlarımız zamanzaman milli-dini ayrı-seçkiliklə, təzyiqlərlə üzləşmiş, zorla öz taıixi torpaqlarından çıxarılaraq başqa ərazilərə köçürülmüşlər. Hələ Şah Abbasın dövründən başlanan zorla köçürmə siyasəti XIX əsrdə çar rusiyası tərəfindən davam etdirilmişdir. XX əsrin əvvəllərindən etibarən soydaşlarımızın zorla öz yurd-yuvalarından çıxarılması - deportasiyası kütləvi hal almışdır. Belə ki, xarici havadarlarından hər cür dəstək alan ermənilər 1905—1906-cı və 1915—1918-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Nəticədə, çoxlu sayda soydaşımız indi Ermənistan adlanan dövlətin ərazisindən qovulmuşdur.
        1920-ci ildə Şimali Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra soydaşlarımıza qarşı təqiblərin yeni dalğası başlamışdır. Bu dəfə, əsasən xalqa bağlı olan milli ruhlu ziyalılar və var-dövlətli insanlar bolşevik təzyiqlərinə məruz qalaraq dünyanın müxtəlif ölkələrinə səpələnməyə məcbur olmuşlar. Xarici ölkələrə üz tutan soydaşlarımızın sayı ötən əsrin əvvəllərində Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabani hərəkatının, 1946-cı ildə 21 Azər inqilabının süqutu nəticəsində daha da artmışdır. Bundan başqa, ötən əsrin 30—40-cı illərində çoxlu sayda soydaşımız Sibirə, Orta Asiya və Qazaxıstan çöllərinə sürgün olunmuş, 200 mindən artıq soydaşımız 1948-1953-cü illərdə, 250 min nəfər isə 1988-ci ildə əzəli torpaqlarımız olan indiki Ermənistandan deportasiya edilmişdir.
        Keçmiş sovet hakimiyyəti illərində xaricdə yaşayan azərbaycanlıların ana Vətənlə əlaqələr qurmalarına imkan verilmirdi. Yalnız respublikamız müstəqillik qazandıqdan sonra dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların təşkilatlanması istiqamətində məqsədyönlü iş aparılmağa başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hər il dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızla iş, onların vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsi respublikamızda dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. 2002-ci ildə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması və «Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında» ayrıca qanunun qəbul edilməsi bu istiqamətdə mühüm addım oldu.
        Beləliklə, müxtəlif səbəblər üzündən doğma torpaqlardan uzaqlara səpələnmiş soydaşlarımızla əlaqələr getdikcə dərinləşir. Soydaşlarımız dünyanın 30-dək ölkəsində 150-dən çox cəmiyyət, mərkəz, assosiasiya, birlik və s. yaratmışlar.
        Yaxşı haldır ki, azərbaycançılıq ideologiyası artıq xaricdəki diaspor təşkilatlarını birləşdirən güclü amilə çevrilmişdir və beləliklə də, onların fəaliyyətinin səmərəsi artmışdır. Bu ideologiya hər bir azərbaycanlıda milli mənsubiyyətinə görə qürur hissi doğurur. indi bütün dünyada respublikamıza qarşı ideoloji mübarizə aparan ermənilərin təbliğatlanmasına qarşı güclü bir qüvvə - azərbaycanlılann birliyi dayanır.
Top