Neft Azərbaycanın əsas milli sərvətidir. Respublikamız bütün dünyada «qara qızıl» ehtiyatı ilə zəngin olan bir diyar kimi tanınır. Dünyada ilk neft quyusu da Abşeron yarımadasında 1847-ci ildə qazılmışdır.
        Azərbaycan müstəqillik qazandıqdan sonra özünün yeni neft erasına qədəm qoydu. Ölkəmizin yeni neft strategiyasını ümummilli liderimiz H.ƏIiyev hazırlamışdır. Onu qətiyyəti və uzaqgörənliyi sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın aparıcı neft şirkətləri ilə birlikdə Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsinə dair müqavilə imzalanıb. «Əsrin müqaviləsi» adlanan bu müqavilə Azərbaycana neft gəliri gətirir. indiyədək ölkəmizin neft sənayesinə böyük məbləğdə sərmayə qoyulub, on minlərlə yeni iş yerləri açılıb, neft kəmərləri, terminallar və vacib obyektlər tikilib. Neftdən əldə olunan gəlirlər səmərəli şəkildə Azərbaycan xalqının mənafeyinə yönəldilib. Bu məqsədlə Azərbaycan Neft Fondu yaradılmışdır. Neft fonduna yığılan vəsaitin ölkəmizdə sosial yönümlü layihələrin həyata keçirilməsinə lazımi qədər vəsait ayrılır.
        Ölkəmizdə geniş vüsət alan yol, nəqliyyat, su, kanalizasiya, təhsil, səhiyyə, elm, mədəniyyət, sosial sfera, rabitə-kommunikasiya, bank və digər sahələrdəki böyük inkişaf da məhz neft kapitalının hesabına reallaşır. Neft gəlirləri bütün insanların həyatında hiss olunmaqdadır.
        Prezident İ.ƏIiyev siyasətinin başlıca məqsədi nefti - «qara qızılı» insan kapitalına çevirməkdən ibarətdir. Siyasi və iqtisadi islahatlar nəticəsində Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkəyə çevrilib. Məhz bütün nailiyyətlərin təməlində insan intellekti, zəkası və əməyi durur.
        Yeni neft strategiyası reallaşdıqca Azərbaycanın iqtisadi gücü daha da artacaq, respublikamız hər sahədə inkişaf edən, çiçəklənən ölkəyə çevriləcək.
Top