Vətən deyilən bir ifadə var ki, bu hər bir insana əziz və doğmadır. Vətəni hər bir insana doğma edən onun böyüyüb boya-başa çatdığı mühitin özü, təbiəti, havası, adət-ənənələri və nəhayət, sənə doğma olan əzizlərin, həmçinin qanı qanından, canı canından olan millətindir. Vətəni sərhədlər və bu sərhədlərlə sənə qonşu olan başqa dövlətlər əhatə edir. Acınacaqlı hal odur ki, bizim vətənimizin payına mənfur, hiyləgər və çox kinli bir millətlə qonşuluq qismət olmuşdur. Yüz illərdi ki, bu hiyləgər və mənfur qonşumuz zaman-zaman torpaqlarımıza göz dikmiş və məqsədinə çatmaq üçün hər bir hiyləyə, alçaqlığa əl atmaqla məqsədinə nail olmaq istəyir. Lakin vətənin igid, qeyrətli, namuslu oğulları bu mənfur, hiyləgər millətin arzusunu həmişə ürəyində qoyur və lazım gəldikdə vətən yolunda canını belə qurban verməkdən çəkinmir.
        Belə oğullarımızdan biri də prezidentimizin fərmanı ilə ölümündən sonra öz şücaət və qəhrəmanlığına görə milli qəhrəman adına layiq görülmüş Mübariz Ibrahimovdur. 1988-ci ildə mənfur qonşularımız olan ermənilər Azərbaycan torpaqlarını ələ keçirmək üçün növbəti planlarını həyata keçirməyə başlayarkən Mübariz dünyaya yenicə göz acmışdı.
        İllər keçdikcə hadisələr daha da gərginləşərək müharibəyə çevrilərkən Mübariz də bioloji inkişaf etməkdə idi. Hələ uşaq olmasına baxmayaraq, bu hadisələri öz uşaq düşüncəsi ilə izləyirdi. Bu hadisələri televiziya kanallarında gedən verilişlərdə müşahidə edən Mübariz yeniyetmə olmasına baxmayaraq qəzəblənmiş və öz qəzəbini dilinə gətirdiyi belə bir ifadə ilə dayısına bildirmişdi. «Avtomatım olsaydı gedib ermənilərin hamısını qırardım». Uşaqikən deyilən bu fikir böyüyəndən sonra Mübarizin qəlbində daha da canlandı. Bu fıkir Mübarizi rahat buraxmırdı. Odur ki, hərbi xidmətini başa vuran Mübariz evə qayıtdıqdan sonra valideynlərinin razılığını alaraq orduya qayıtmaq istəyini bildirir. Lakin bir müddət buna nail ola bilmir. O, atasının təkidi ilə Bakıda mühafizəçı işləməyə başlayır. Mühafizəçi işlədiyi müddətdə gənclərin barlarda, restoranlarda necə kef çəkdiklərini gördükcə əsəbiləşirdi. Çünki vətən torpağının fəryadı sanki onun qulağında səslənirdi «bu murdarların iyrənc ləpirlərini mənim üzərimdən təmizləyin». O, bu cür yaşamağa tab gətirməyib yenidən valideynlərinin yanına qayıtdı. Xeyli xahiş və təkiddən sonra nəhayət ki, atasının razılığını ala bildi. Atasının xeyir-duasını alaraq əvvəl gizirlik kursuna, kursu başa vurduqdan sonra isə birbaşa düsmən ilə üzbəüz hərbi hissənin birinə yollandı.
        Həmişə haqqı sevən, hər bir işində ədalətli olan Mübariz ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklərin müqabilində layiqli cavab vermək üçün məqam gözləyirdi. Bu məqamı əldə edən Mübariz əməlli başlı silahlanaraq təkbaşına ermənilərin mövqelərinə yollanır. Vətən torpağının fəryadını cavabsız qoymamaq, torpağı yağı düşmənin iyrənc ləpirlərindən təmizləmək istəyi onu bu işə vadar edir. Əslində rəhimli olan Mübariz bu millətə olan nifrətin müqabilində sanki qəddarlaşır. Gecənin qaranlığında qarşısına çıxan erməni əsgərlərini ziyanverici həşərat kimi bir-birinin ardınca məhv edir. Çünki bu «həşəratlar» çağırılmamış qonaq kimi Azərbaycan torpağını işğal etmək, ona sahib olmaq istəyirdi. Mübariz isə bu «həşəratları» məhv edərək öz yerlərini onlara bir daha göstərdi.
        Məhz vətən Mübariz kimi oğullarımızın igidliyi, sücaəti, mərdliyi hesabına qorunur və yaşayır. Hər bir Azərbaycan gənci buna hazır olmalıdır.
        Bu vətənin, bu məmləkətin sahibləri biz azərbaycanlılarıq. Hər bir azərbaycanlı da Mübariz kimi mübariz olmağa borcludur.
Top