Molla bir gün eşşəyə buğda yükləyib dəyirmana aparırmış. Yolda
öz-özünə deyir:
– Ay nə ola, indi bu yük beləcə dönüb qızıl ola.
Bir də baxır ki, çuval deşilib, buğda tökülür.Tez üzünü göyə tutub
deyir:
– Əşi, istəmədik ey... Qızılını istəmədik, daha buğdamızı niyə tökürsən?
Top