Bir gün oğlu Molla Nəsrəddindən soruşur:
– Ata, bu gün mədrəsədə axund bizə deyirdi ki,"Allah bizi
torpaqdan yaradıb". İndi məni fikir götürüb ki, axı o zaman hələ insan
yox imiş.
Molla deyir:
– Yox imiş.
Oğlu deyir:
– İnsan ki, yox imiş, deməli arpa-buğda əkən də yox imiş.
Molla deyir:
– Yox imiş.
Oğlu deyir:
– Arpa-buğda ki yox imiş, deməli saman da yox imiş.
Molla deyir:
– Yox imiş.
Oğlu deyir:
– Bəs heç samansız da palçıq tutar? Axunda deyirəm, deyir, Allahın
əlində saman nə çətin iş idi ki?.. Elə adamı palçıqdan yaradan, bir çəngə
samanı da heçdən yaradardı da...
Molla bir fikrə gedib deyir:
– Deməli, axundun fikrinə görə insanın palçığına saman da qatılıb?
Oğlu deyir:
– Bəli. O, belə deyir. Amma mən heç inanmıram.
Molla deyir:
– Əgər bu doğrudan da belədirsə, bəs onda sənin elə o axundunun
tək bircə sir-sifətində o qədər dəlmə-deşik necə əmələ gəlib? Heç samanlı
palçıq da çatlayar?!
Top