Bir gün arvadı Mollaya deyir:
– Molla, bu uşaq səhərdən axşamacan bir dəqiqə də olsun
yatmayır. O qədər ağlayır ki, lap baş-beynim gedir. Sən Allah, buna bir
duadan, pitikdən yaz, ya davadan-dərmandan elə, bəlkə bir az yata.
Molla tez taxçadan Quranı götürüb deyir:
– Al bu Quranı, uşaq ağlayanda ucadan oxu! O saat yuxulayar.
Arvad soruşur:
– A kişi, quran oxumaqla da uşaq yatarmı?
Molla deyir:
– Arvad, sən bilmirsən. Mən özüm fikir vermişəm ki, həmişə bu
Quranı oxuyanda məsciddə olanların hamısı yatır.
Top