Günlərin birində Mollanın həyətinin qapısını çıxarıb aparırlar. Molla
nə qədər axtarırsa, oğrunu tapa bilmir. Axırda gedib məscidin qapısını
çıxardır. Dalına alıb aparanda mücavir tutur yaxasından ki:
– Nə eləyirsən?
Molla deyir:
– Deyirsiniz ki, Allah hər şeydən xəbərdardı. Əgər doğrudursa,
demək ki, mənim qapımı oğurlayandan da xəbəri var. Desin oğrumu,
verim qapısını.
Top