Molla bir gün çay kənarında dəstəmaz alarkən başmağı ayağından
çıxıb çaya düşür. Su başmağı götürür. Molla bir az başmağın dalınca
qaçıb görür yox, tuta bilməyəcək. Bir kənara çəkilib dəstəmazı pozur,
hirslə deyir:
– Ala ey, ala, istəmədik. Al dəstəmazını, ver başmağımı!
Top