Bir gün Molla hamama gedir. Hamamda heç kəs yox imiş. Bir tərəfdən tək özü, bir tərəfdən də ki, isti hamam... Molla başlayır oxumağa. Bir ağız, iki ağız, baxır ki, elə əməlli başlı səsi var. Özözünə
deyir:
– Mənim ki, belə gözəl, məlahətli səsim var, niyə bunu camaatdan gizlədirəm? Sabahısı günorta vaxtı gəlib çıxır minarəyə, əlini qulağının dibinə qoyub başlayır azan verməyə. Əslində də Mollanın səsi çox nahamvar imiş. Başlayır cır-cır cırıldamağa. Minarənin dibindən keçən qulağını tutub qaçır. Axırda bir nəfər özünü saxlaya bilməyib qışqırır ki:
– Düş aşağı, baş-qulağımız getdi! Bu nahamvar səs ilə səndən kim xahiş eləyir ki, çıxıb azan verəsən? Molla baxır ki, elə doğrudan da səsi çox pisdir. Bir o tərəfinə, bir bu tərəfinə baxıb deyir:
– Neyliyim ki, zalım oğlu minarə tikən bunun başında bir hamam qayırmayıb. Ola idi hamam, mən azan deyəydim, sən də mənim səsimin məlahətinə baxaydın.
Top