Molla bazardan şaftalı alıb gətirir, misqal-tərəzini qabağına qoyub
şaftalıları bircə-bircə çəkib yeyir. Arvadı soruşur:
– A kişi, niyə bəs çəkib yeyirsən?
Molla deyir:
– Çünki alanda çəkib almışam. Çəki ilə alınan şeyi çəki ilə də yeyərlər.
Top