Bir məclisdə yaxşı bir ov tazısından söhbət düşür.Mollanın tanıdığı
və zəhləsi getdiyi xəsislərdən biri deyir:
– Mənim də ov tazısına çox xoşum var. Ancaq yaxşı cinsini tapa
bilmirəm.
Molla deyir:
– Mən söz verirəm ki, sabah sizə yaxşı bir ov tazısı gətirəm.
Xəsis Mollanın vədindən çox razı qalır. Sabahı gözləyir. Səhər
tezdən Molla bir zorba qoyun iti tapır, aparır xəsisin evinə. Nökərlər
ağaya xəbər verirlər ki, Molla tazı gətirib. Xəsis sevinə-sevinə çıxır
bayıra, baxır ki, Molla yekə bir qoyun iti gətirib. İtə diqqət eləyib
Molladan soruşur:
– Ay Molla, bu ki qoyun itidir. Bu, ova gedə bilməz ki...
Molla deyir:
– Yox, çox cins itdi.
Xəsis deyir:
– Cins it olmağına sözüm yoxdur, ola bilər. Axı bu, tazı deyil. Tazı
arıq olar. Zərif olar, qıçları nazik olar. Qarnı çəkilmiş olar.
Molla deyir:
– Siz nahaq yerə narahat olursunuz. O itdi. İndi bu boydadı, bircə
ay sizin evinizdə qalsa, arıqlayıb tazıya dönər.
Top