Bir gün Molladan soruşurlar:
– Molla sənin taleyin hansı bürcdədir?
Molla cavab verir ki:
– Keçi bürcündə.
Deyirlər:
– Ay Molla, keçi adlı bürc yoxdur axır.
Molla deyir:
– Uşaqlıqda atam deyərdi ki, mənim taleyim oğlaq bürcündədi. İndi
mən böyüyüb, yekə kişi olmuşam. Yəqin ki, o da böyüyüb keçi olub
də...
Top