Bir məclisdə bir nəfər boşboğaz yalançı camaata fürsət verməyib
elə özü danışır. O qədər deyir ki, hamı təngə gəlir. Mollanı da yuxu
basdığı üçün bir tərəfə çəkilib başlayır əsnəməyə. Axırda məclisdəkilərdən
biri bu danışan adamın səsini kəsmək məqsədilə Mollaya deyir:
– Molla, sənə nə olub? Bu gecə heç ağzını açmırsan...
Molla bir də əsnəyib deyir:
– Əksinə. Bu gecə heç mənim ağzım yumulmayıb. Elə əsnəyirəm
ki, az qalır çənəm çıxsın.
Top