Molla yuxuda görür ki, qonşu arvadlar yığışıb ona cavan, gözəl bir
qız alırlar. Tez yuxudan oyanıb yanında yatan arvadını dürtmələyir ki:
– Arvad, dur!
Arvad soruşur:
– Nə var, a kişi? Nə olub?
Molla deyir:
– Qonşu arvadlar məni evləndirirlər. Dur, qoyma!
Arvad deyir:
– A kişi, qoysana yataq!
Molla deyir:
– Bax, mən sənə dedim ha... İndi tutub evləndirsələr, day demə ki,
demədim.
Top