Bir gün arvadı Mollanın sir-sifətinə uzun-uzadı baxıb deyir:
– Molla, bərəkallah sənin ürəyinin böyüklüyünə. Doğrudan də sənin
çox böyük ürəyin var.
Molla soruşur:
– Necə?
Arvad deyir:
– Sən ki, bu qədər çirkinsən ürək lazımdır ki, buna dözə.
Molla deyir:
– Ona qalsa, sənin ürəyin dörd mənimki boydadı.
Arvad soruşur:
– Niyə?
Molla deyir:
– Çünki mən özüm sir-sifətimi görmürəm ki, dözəm, ya dözməyəm.
Hər gün mənə baxan sənsən, dözən də sənin ürəyin.
Top