Gecə Mollanın uşağı ağlayır. Arvad Mollanı yuxudan oyadır ki:
– Molla, axır biz bu uşağa şərikik. Yarısı sənindi, yarısı mənim. Nə
olar, dur bir dəfə də sən onu ovut!
Molla yorğanı başına çəkib deyir:
– Sən öz payını ovut, işin yoxdur, qoy mənim payımı ağlasın.
Top