Bir gün Molla həmişə Teymur Ləngin yanında olan qazıların birindən soruşur:
– Qazı ağa, sənin imamın kimdir?
Qazı yaltaq-yaltaq Teymura tərəf ikiqat əyilərək deyir:
– Qibleyi-aləmimiz Teymur! Məclisdəkilərdən biri yavaşca Mollanın qulağına deyir:
– Molla, soruş görək, peyğəmbəri kimdir?
Molla deyir:
– Kim ola bilər! İmamı Teymur olanın peyğəmbəri də Çingizdənzaddan birisi olacaq də...
Top