Günlərin bir günündə Molla evlənir. Bunun üçün yaxşı bir toy eləyirlər.
El adəti üzrə gəlin gələn gecə plov bişirirlər. Camaatın başı qarışıq
olduğuna görə, plov ortalığa gəldiyi zaman Molla tamamilə yaddan
çıxır. Plovdan əli çıxan Molla acıq eləyib evdən gedir. Gecə gəlini
gətirirlər, ha gözləyirlər Molla gəlib çıxmır. Bütün otaqları, qonşu evləri,
hər yeri axtarırlar, Mollanı tapmaq mümkün olmur. Düşürlər şəhərin
canına, o ev sənin, bu ev mənim... Axırda gəlib şəhərin lap kənarında,
bir xarabada Mollanı tapırlar. Baxırlar ki, üzünü xarabanın
bucağına çevirib oturub. Nə qədər deyirlər ki, "dur gedək evə" Molla
yerindən tərpənmir. Axırda ağsaqqallardan biri deyir:
– Ay canım, yekə adamsan, dur ayağa, gəlini gətirmişik, gedib yanına
girmək lazımdır.
Molla çox qəti bir ahənglə deyir:
– Getmirəm. Heç plovu yeyəndə mən yada düşmürdüm... İndi ki
belədi, plovu kim yeyib, gəlinin də yanına o girsin.
Top