Mollanın arvadı azarlayır. Yazıq hər gün işdən gələndən sonra
arvadın yanında oturub bir-iki saat ağlayır. Xəstəni yoluxmağa gələn
arvadlardan biri deyir:
– Molla, qorxulu bir şey yoxdur. Bu gün-sabaha sağalıb durar. Sən
niyə belə ağlayırsan?
Molla deyir:
– Bacı, mən iş adamıyam. Evdə çox az oluram. Bəlkə sabah birdən
yıxılıb öldü. Onda ağlamağa vaxtım olmayacaq. Odur ki, nə qədər indi
bekaram, ağlayıram.
Top