Deyilənlərə görə, Molla Nəsrəddin vaxtının çoxunu kitab
oxumaqla keçirərmiş. Günlərin birində arvadı deyir:
– Bu gecə səhərəcən yatmayacağam. Allaha dua eləyəcəyəm ki,
məni döndərib kitab eləsin.
Molla soruşur:
– Niyə?
Arvad deyir:
– Doğrusu, bax, o kitaba mənim paxıllığım tutur. Kitab olmaq
istəyirəm ki, həmişə mənə baxasan.
Molla zarafatla deyir:
– Ancaq dua eləyəndə Allaha de ki, səni təqvim kitabı eləsin.
Arvad soruşur:
– O niyə?
Molla deyir:
– Çünki hər bir təqvim kitabı ancaq bir illiyə lazım olur. Sonra
təzəsi ilə əvəz olunur.
Top