Teymur bir gün Molladan soruşur:
– Molla, sən çox yaxşı bilirsən ki, keçmiş ərəb xəlifələrinin çoxusunun
adı belə olub: Müvəffəqbillah, Mötəsimbillah, Mütəvəkkülbillah,
Müvəkkilbillah, Müəyyidbillah...
Molla deyir:
– Bilirəm.
Teymur deyir:
– Mən də özümə belə bir ad qoymaq istəsəm, sən tapıb seçə bilərsənmi?
Molla deyir:
– Mənim nə tapmağım lazımdı, nə də seçməyim. Camaat özü sənin
üçün belə bir ad tapıb.
Teymur soruşur:
– Nədi?
Molla deyir:
– Nəüzənbillah.
Top