Bir gün arvad Mollaya sataşmaq məqsədilə şorbanı ocağın üstündə
möhkəm qızdırıb gətirib qoyur ortalığa. Necə olursa, yadından çıxır,
hələ Molla yeməmişdən özü bir qaşıq içir. Şorba ağzını yandırayandıra
gedir, arvadın gözlərindən yaş tökülür. Molla soruşur:
– Arvad, niyə ağlayırsan?
Arvad deyir:
– Yazıq rəhmətlik anam şorbanı çox istərdi. O yadıma düşdü, ona
görə ağlayıram.
Molla da bir qaşıq götürür. Şorba Mollanın ağzını-burnunu elə
yandırır ki, onun da gözlərindən yaş gəlir. Bu dəfə arvad soruşur:
– Molla, nə olub? Sən niyə ağlayırsan?
Molla deyir:
– Rəhmətlik ananın ölüb, yerində sənin kimi yaramazın qaldığına
ağlayıram.
Top