Günlərin bir günündə Mollanın arvadı ağrı çəkir. Mama baxır ki,
xəstənin halı ağırdı, Mollanı çağırıb deyir:
– Molla, naxoşunuzun halı yaxşı deyil. Dua elə bədbəxtçilik
olmasın.
Molla deyir:
– Duadan bir şey çıxmaz, mən ondan da yaxşı yol bilirəm.
Bunu deyib Molla birbaş qaçır bazara. Bir girvənkə kişmiş alıb gətirir.
Mama soruşur:
– Molla, bu nədir?
Molla deyir:
– Sən belə şeyləri bilməzsən. O uşaq bilir ki, bizim evdə dişə dəyəsi
bir şey yoxdu, odur ki, şıltaqlıq eləyir. Elə ki, bildi evdə kişmiş var,
rahatca anadan olacaq, bununla da iş qurtaracaq.
Top