Bir gün yenə də Mollanın arvadı ağrı çəkir. Molla tez qaçıb
mamaça gətirir, özü də çıxıb həyətdə, qaranlıqda gözləməyə başlayır.
Yarım saat, bir saat bir də mamaça qışqıra-qışqıra gəlir ki:
– Molla, muştuluğumu ver, ata oldun!
Molla sevinir. Mamaça içəriyə girən kimi yenə də qayıdır ki:
– Molla, gözün aydın olsun, biri də oldu.
Molla gedir fikrə. Bu halda mamaça bir də içəridən qışqırır ki:
– Molla, dövlətin gəlhagəl idi, biri də oldu.
Molla daha özünü saxlaya bilməyib qapını aralayır, mamaçanı səsləyir
ki:
– Başına dönüm, çırağın işığını al! Bu köpək uşağı işığa gəlir.
Top