Molla evlənib bir dul arvad alır. Arvad düz üç aydan sonra doğur.
Molla arvadın bu işindən məəttəl qalıb soruşur:
– Balam, biz eşitmişik ki, bu arvad tayfası doqquz ayda doğar. Səninki
bəs nə tez oldu?
Arvad Mollanı bir xeyli məzəmmət eliyəndən sonra deyir:
– Sən lap avam imişsən. Yaxşı üç aydı sən məni almısan, düzdü?
Mola hesablayıb deyir:
– Düzdü.
Arvad deyir:
– Üç aydı mən sənə gəlmişəm, bu da düzdü?
Molla bir də hesablayıb deyir:
– O da düzdü.
Arvad soruşur:
– Üç ay, o da üç ay, nə elədi? Altı ay?
Molla bir də yaxşı-yaxşı hesablayıb deyir:
– Bəli... Altı ay.
Arvad deyir:
– Yaxşı, balam, o altı. Rəcəb, şəban – səkkiz. Bu da ramazan ayı –
doqquz. Daha hesabını niyə qarışdırırsan ki?..
Top