Molla qızını ərə verir. Oğlan evinin adamları gəlini aparmağa
gəlirlər. Elə ki hər iş qurtarır, qızı qapıdan çıxarmaq istəyəndə başlayır
ağlamağa. Molla arvadından soruşur:
– Ay arvad, qız niyə ağlayır?
Arvad deyir:
– A kişi, atası deyilsən? Səndən ayrılmağa dözə bilmir, ona görə
ağlayır da...
Molla tez qıza deyir:
– Qızım ağlama! İndi ki, ərə getmək sənin üçün belə ağırdır, otur
evimizdə. Mən bu saat oğlan adamlarını yola salaram, çıxıb gedərlər.
Qız tez gözlərinin yaşını silib deyir:
– Yox, ata! Onda sənin sözün yerə düşmüş olar. Ölüm də olsa, eybi
yoxdu, sənin yolunda gedərəm.
Molla arvadına deyir:
– Sənin qızındı, söz altında qalmaz.
Top