Bir gün Molla Nəsrəddin oğlu ilə bərabər üyütmək üçün dəyirmana
buğda aparır. Buğdanı oğlunun dalına yükləyir, özü də onun dalınca
yavaş-yavaş gedirlər. Yolları bir çala-çuxur yerdən düşür. Molla oğlunun
nə dərəcədə hazırcavab olub-olmadığını yoxlamaq üçün deyir:
– Bala, gözlə, yükü aşırarsan. Bir dəfə bizim çər dəymiş eşşək burada
yükünü aşırdı.
Oğlan heç bir söz demir.Taxılı üyüdürlər, qayıdanbaş Molla nə qədər
eləyirsə, oğlu unu dalına götürmür ki, "mən yorulmuşam, həm də
qaranlıqdır". Molla əlacsız qalıb, unu öz dalına götürüb düşür yola. Elə
haman çala-çuxur yerə çatanda oğlu daldan qışqırır ki:
– Ata, gözlə yıxılarsan ha... Dəyirmançı da deyirdi ki, burada çox
at-eşşək yıxılıb.
Top