İsti yay günlərinin birində Molla oğlu ilə bərabər bazara gedir.
Özü yorulduğundan bir yerdə oturur, oğluna on manat pul verib bazarlıq
eləməyə göndərir. Ancaq tapşırır ki, hər şeydən qabaq bir az bal
alıb gətirsin.Oğlan balı alıb gətirir, Mollanın yanına qoyur, özü isə
başqa şeylər almaq üçün bazara qayıdır. Molla bir bala baxır, bir oğlunun
dalınca baxır, baldan bir barmaq vurur. Bir az keçir bir barmaq da
vurur. Bir barmaq da, bir barmaq da, balı təmiz yeyib qurtarır. Bir az
keçir oğlu gəlir. Molla baxır ki, oğlanın əli boşdur. Heç bir şey almayıb.
Oğlan bal küpəsinə tərəf gedir. Molla görür ki, iş açılacaq, tez deyir:
– Şoğərib hava elə istidi ki, gün az qalır dəmiri əridə.
Oğlu baxır ki, bal küpəsi bom-boşdur. Soruşur ki:
– Ata, bəs bu bal necə oldu?
Molla deyir:
– Bala, görmürsən nə istidi? Yəqin əriyib daşıb tökülüb də.
Oğlu məsələni başa düşüb deyir:
– Doğrudan da yaman istidi. Elə sən doğru deyirsən ki, gün lap
dəmiri də əridir. Şey-mey almaq üçün sənin mənə verdiyin onluq da,
mən dükanların qabağını gəzəndə bir də baxdım ki, əriyib qurtarıb,
Odu ki, tapşırdığın şeylərin heç birisini ala bilmədim.
Molla diqqətlə oğluna baxıb deyir:
– Səndə taxsır yoxdur bala, mənə oxşamısan. Əgər anan da bizə
oxşasa, bir-iki günə, inşallah, evimizin divarları da günün altında
əriyib qurtarar.
Top