Günlərin birində Mollanın yaşadığı kəndə başqa yerdən bir qonaq
gəlir. Söhbət əsnasında qonaq başlayır öz şəhərlərini tərifləməyə ki:
– Bizim şəhərimizdə padşahın elə böyük bir sarayı var ki, uzunluğu
neçə yüz arşın, eni neçə yüz arşın.
Molla baxır ki, bu hesabla bunların kəndi qonağın heç xoşuna gəlməyəcək.
Ona görə də başlayır:
– Eh, o nədi ki? Bizim kənddə elə saraylardan o qədər var ki, itinə
tök. Hələ dünən birini tikdirmişik, eni iki min arşın, uzunu...
Bu halda haman qonağın, çoxdan bəri Mollanın kəndində yaşayan
ikinci bir yerlisi içəriyə girir. Molla işin üstünün açılacağından qorxub
deyir:
– ... uzunu, uzunu beş arşın.
Qonaq eni iki min, uzunu beş arşın olan bu qəribə saraya məəttəl
qalıb soruşur:
– Balam, o necə saraydı elə eni iki min arşın, uzunu beş arşın?
Molla içəriyə girənə işarə eləyib deyir:
– Taxsır ondadı. Çağrılmamış qonaq kimi çox pis vaxtda gəldi.
Yoxsa uzununu da eninə düzəldəcəkdim.
Top