Molla dəniz kənarı ilə gedirmiş. Bir də baxır ki, möhkəm susuyub. 
Nə qədər axtarırsa, şirin su tapa bilmir.Əlacsız qalıb dənizin suyundan 
bir qurtum içir. Su həm boğazını yandırır, həm də ürəyini bulandırır. 
Düzəlir yola, bir az gedəndən sonra bir bulaq tapır, suyundan doyunca 
içir, bir qab da doldurub gətirib dənizə töküb deyir: 
– Mən həmişə çığır-bağır salıb "mənəm-mənəm" deyənləri sənin 
kimi gördüm. Ala, bax, su belə olar.