Günlərin birində Molla küçədə üzü üstə yerə düşmüş bir güzgü
tapır. Nə olduğunu bilmir. Amma elə xoşuna gəldiyi üçün sevincək tez
götürür.Güzgünü çevirib baxır ki, o biri üzü şüşə kimidi. Qaldıranda
orada öz əksini görür. Qalır məəttəl ki, görəsən bu adam kimdi? Gözlərini
qıyıb birdə diqqətlə baxır ki, bəlkə tanıya. Güzgüdəki əks də
gözlərini qıyır. Molla güzgüdəki əksdə də eyni hərəkəti görüb gözlərini
bərəldir. Çüzgüdəki əks də gözlərini bərəldir. Molla tez güzgünü
götürdüyü yerə qoyub deyir:
– Bunun sahibi yanında imiş ki...
Top