Bir gün Molla başqa kəndlərin birində işlədiyi zaman bərk azarlayır. 
Soruşurlar ki: 
– Molla, şər deməsən xeyir gəlməz.İşdi, başına bir iş-zad gəlsə, 
kimin-kimsən varmı ki, haqqını ona göndərək? 
Molla deyir: 
– Yox, heç kəsim yoxdu. Atam ölüb, anamı da hələ ölməmişdən 
qabaq boşayıb.