Teymur Ləng bir gün Mollanı cıdırda iştirak etmək üçün dəvət
edir. Molla öküzünü çullayır, ağzına da bir yüyən vurub meydana gəlir.
Teymur Ləng Mollanı belə görüb deyir:
– Ay Molla, öküz də at ilə ayaqlaşa bilər? Bunu niyə minibsən?
Molla deyir:
– Vallah, çoxdandır ki, minməmişəm, amma çər dəymiş buzov
vaxtında elə yaman qaçağan idi ki, at nədi, heç quş da onunla ayaqlaşa
bilmirdi.
Top