Günlərin birində Molla möhkəm azarlayır Bütün qonum-qonşu,
tanış-biliş yığışır başına. Baxırlar ki, kişinin halı çox xarabdı. Mollanın
özü də hiss eləyir ki, bu azardan qalxası deyil. İçəri girən işi belə
görüb, bir tərəfdə oturur. Amma Molla özü heç qorxmayıb, əvvəlkindən
də bir az artıq şitlik eləyir. Axırda yaxın dostlarından biri soruşur:
– Ay Molla, sən həmişə ölüm adı gələndə qorxudan ağappaq ağarardın.
İndi nə olub, heç vecinə də gəlmir?
Molla deyir:
– Mənim qorxum bu hala düşməkdən idi. Daha bundan sonra nə
qorxmaq?
Top