Molla ləmədən nə isə götürmək istərkən içi soğanla dolu xəlbir
düşür başına. Molla hirslənib xəlbiri götürür, var gücü ilə vurur yerə.
Xəlbir qalxıb Mollanın üzünə dəyir. Ağrıdan Mollanın gözləri qaralır.
Xəlbiri götürüb bayıra tullamaq istəyir. İşin tərsliyindən xəlbir yan gedir,
divara dəyib təzədən qayıdır dəyir Mollanın başına. Molla acığa
dolub üst paltarını çıxardır, köynəyinin qollarını çırmalayır, taxçadakı
yekə bıçağı götürüb qışqırır:
– Di, gəlin!.. Nə qədər xəlbir var deyin hamısı gəlsin!
Top