Günlərin birində Teymur Ləng Mollaya bir neçə şəftəli verib deyir:
– Bunları aparıb qoyarsan mənim öz xüsusi otağıma.
Molla şəftəliləri aparıb qəbiristanda sərdabaya qoyur. Teymur
Ləng evə dönür, şəftəliləri nə qədər axtarırsa tapa bilmir. Qəzəblənib
Mollanı hüzuruna istəyir:
– Molla, şəftəlilər hanı?
Molla:
– Qibleyi-aləm sağ olsun, necə ki, demişdiniz eləcə də aparıb qoydum
sənin otağına.
Teymur:
– Hanı bəs? Axtarıram yoxdur?. Hara qoyubsan?
Molla:
– Qibleyi-aləm sağ olsun, bura sənin öz otağın deyil ki... Mən sənin
öz otağına qoymuşam.
Teymur heyrətlə soruşur:
– Nə danışırsan? Necə yəni mənim öz otağım deyil? Bəs hansıdır
mənim otağım?
Molla ayağa durub:
– Gedək göstərim – deyə Teymuru birbaş aparır qəbiristana ki:
– Bax, budur sənin öz otağın. Yadında saxla ki, sən elə həmişə bu
dünyanı tutub durmayacaqsan, həmişə də sarayda sahibi-ixtiyar olmayacaqsan.
Top