Bir gün bir məclisdə günəşin nə qədər faydalı olmağı barədə söhbət
düşür. Hərə bir cür günəşin faydasından danışır. Bir kənarda oturan
Molla söhbətə qulaq asıb, axırda deyir:
– Mən bilmirəm siz niyə tutubsunuz bu günəşin quyruğundan.
Mənə qalsa ay ondan faydalıdı.
Soruşurlar:
– Niyə?
Molla deyir:
– Çünki günəş ancaq gündüz çıxır. Onun üçün də qaranlığa heç bir
faydası olmur. Amma ay gecələr çıxıb bütün dünyanı işıqlandırır. İndi
görün, günəş faydalıdı, ay.
Top