Günlərin birində Molla toxluq eləyib azarlayır. Həkim baxıb deyir ki:
– Gərək birtəhər eləyəsən ki, yediyini qaytarasan, mədən yüngülləşə.
Molla deyir:
– Həkim, mənim üçün dünyada ən çətin şey odu.
Həkim cibindən balaca bir güzgü çıxarıb Mollaya verir ki:
– Burada heç bir çətinlik yoxdur. Görünür ki, sən heç ömründə bir
dəfə də olsun güzgüyə baxmamısan. Al, bircə dəfə bax, elə bu sir-sifətini
görən kimi ürəyin qalxacaq.
Top