Molla yaman ac olduğundan bir qonaqlıqda ikiəlli-ikiəlli, tez-tez
yeyir. Süfrədə əyləşənlərdən biri Molladan soruşur:
– Molla, nə olub belə? Dalınca atlı qovalamır ki?.. İkiəlli niyə
yeyirsən?
Molla əlini xörəkdən çəkməyib yeyə-yeyə deyir:
– Nə eləyim? Üç əlim yoxdu ki... İkicə əlim var, ikisi ilə də
yeyirəm də...
Top