Molla iki nəfər yoldaşı ilə çöldə işləyirmiş. Arvadı bir az süd gətirir.
Başlayırlar südə çörək doğrayıb yeməyə. Molla, bir də yoldaşlarından
biri nə qədər doğrayırlarsa, üçüncü yoldaş gözləmədən yeyir.
Bir-iki dəfə deyirlər, kar salmır. Axırda Molla əlindəki çömçə ilə
onun başına bir çəkir, kişi yıxılır. Molla baxır ki, kişi ölüb, çömçəni
yerə tullayıb deyir:
– Nə doğrar, nə basar, nə də əlini süddən kəsər. Bircə çömçə də
vurcaq bir dəfəlik küsər ki, küsər.
Top