Bir gün Mollanın könlünə yamanca halva düşür. Birbaş gəlir evə.
Bir az yağdan, undan, doşabdan tapıb başlayır halva çalmağa. Lotular
işi bilib, bir-birinin dalınca doluşurlar Mollanın evinə. Halva hazır
olhaolda lotuların biri bir çömçə vurub deyir:
– Buna bir azca da duz qatsan, çox yaxşı olar.
İkinci lotu bir çöməçə vurub deyir:
– Bir azca soğanı da olsa lap qiyamət olar.
Üçüncü də bir çömçə vurub deyir:
– Bir balaca da sarımsağı olsa heç üstü olmaz.
Molla baxır ki, halva qurtarır, tez tavanı çəkir qabağına ki:
– Bu duzsuz, soğansız, sarımsaqsız, pis halvadan bir balaca da tavada
bizim üçün qalsa, lap əla olar!
Top