Günlərin birində Molla küçəyə çıxıb görür ki, evlərinin qabağındakı
meydanda bir dəstə adam yığışıb, yaman mübahisə eləyirlər.
Adamlardan biri Mollanı görcək deyir:
– Dayanın. Nahaq yerə özünüzü yormayın. Heç biriniz bilməzsiniz.
Gəlin Molladan soruşaq, o bilər.
Molladan soruşur:
– Molla, sən bir alim adamsan. De görək, bu dünyanın eni nə qədərdi,
uzunu nə qədər?
Bu zaman təsadüfən küçə ilə bir cənazə aparırdılar. Molla cənazəni
göstərib deyir:
– Bu sualı ondan soruşun. O, dünyanın enini də, uzununu da ölçüb
gedir.
Top