İsti yay günlərinin birində Molla bir kəndə gedib tanışlarından birinin
evinə düşür. Ev sahibi Molladan soruşur:
– Molla, yolda yəqin istiyə düşübsən. Nə deyirsən? Su verim içəsən,
ya yatırsan?
Molla baxır ki, ev sahibi çörək haqqında heç danışmır. Oturub deyir:
– Gələndə yolda bulaq başında doyunca yatmışam.
Top