Mollanın eşşəyi itir, o, car çəkərək deyir:
– Ay mənim gözü xallı eşşəyimi görən, ağbatı xeyir olan!.. Kim
tapsa, üstünə də bir zəhmət haqqı qoyub bağışlayacağam ona.
Eşidənlər Molladan soruşurlar:
– İndi ki bağışlayacaqsan tapana, daha niyə zəhmət çəkib axtarırsan?
Molla deyir:
– Siz tapmağın ləzzətini az bilirsiniz?
Top