Bir gün qonşuları baxıb görürlər ki, Molla eşşəyin qabağına ot
əvəzinə taxta talaşası töküb. Deyir:
– Ay Molla, heç heyvan da taxta talaşası yeyərmi?
Molla deyir:
– Mən də bilirəm ki yeməz. Amma ki, nə eləyim? Ot yoxdur, heyvan
da acdır.
Qonşu deyir:
– Sən guya ki, onu aldatmaq istəyirsən, amma o da o qədər axmaq
deyil ki, ot əvəzinə taxta talaşası yeyə.
Molla:
– Onu öz başına qoyan kimdi ki, yeməsin. Bu saat yeyər-deyib eşşəyin
gözünə bir yaşıl gözlük taxır.
Top